Günəşdə ikinci güclü plazma atılımı qeydə alındı
Günəşdə son 24 saat ərzində ikinci böyük plazma atılımı baş verib və onun Yerə doğru yönəldiyi bildirilib. Plazma kütləsinin əsas hissəsinin fevralın 27-si axşam saatlarında Yerə çatacağı ehtimal edilir.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Günəş-Yer Fizikası İnstitutunun (İSZF) Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
“Gün ərzində Yerin yaxın ətrafına yüksək enerjili yüklü hissəciklər (protonlar və ionlar) çata bilər. Çünki hadisə Günəşin Yerə birbaşa təsir edə bilən sahəsində baş verib. Buna görə də yaxın bir neçə gün ərzində kosmik aparatların fəaliyyətində problemlərin yaşanma riski artacaq” deyə laboratoriyanın açıqlamasında bildirilib.
İkinci güclü plazma atılımı Bakı vaxtı ilə 15:59-da qeydə alınıb.
Qiymət Mahir
tag: Günəş,Plazma,Dünya,Tədqiqat,todaypress.az,