Gürcüstan alkoqol istehlakına görə dünyada 2-ci yerdədir
Gürcüstan 2024-cü ildə adambaşına 14,52 litr alkoqol istehlakı ilə dünya ölkələri arasında ikinci yeri tutub.
TodayPress xəbər verir ki, bu barədə “Statista” məlumat yayıb.
Rumıniya 16,96 litr alkoqol istehlakı ilə Gürcüstanı qabaqlayıb.
Üçüncü yerdə isə 13,3 litrlə Çexiya yer alıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 53 ölkənin daxil olduğu Avropa regionu alkoqol istehlakına görə dünyada birinci yerdədir.
Region spirtli içkilərin ən yüksək istehlakı ilə seçilir və spirtli içki istehlakçılarının əhaliyə nisbəti baxımından da ön sıralarda yer alır.
Nicat Osman
tag: Gürcüstan ,Alkoqol,Çexiya ,Ümumdünya Səhiyyə Təşkilatı,Avropa ,todaypress.az,