Gürcüstan Avropa Şurası ilə işçi qrupu yaratmaqdan imtina etdi
Gürcüstan hökuməti ölkədə etirazlara səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanuna düzəlişlərin edilməsi məqsədilə Avropa Şurası (AŞ) ilə birgə işçi qrupu yaratmaqdan imtina edib.
TodayPress xəbər verir ki, bu barədə AŞ mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qurumun Baş katibi Alen Berse məsələ ilə bağlı Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb.
Söhbət zamanı Kobaxidze bildirib ki, dəyişən şəraitə görə onun hökuməti artıq birgə işçi qrupunda iştirak etmək və ya əvvəllər müzakirə edildiyi kimi “Xarici təsirin şəffaflığı haqqında” qanuna dəyişiklik etmək istəmir.
Berse Gürcüstan hakimiyyətinin qərarını böyük təəssüf hissi ilə qarşıladığını deyib.
Xatırladaq ki, sözügedən qanunun məzmununun dəyişdirilməsi ilə bağlı ilkin razılıq ötən ilin dekabrın 20-də Baş katibin Gürcüstana səfəri zamanı əldə olunub.
Nicat Osman
tag: Gürcüstan Avropa Şurası ,İşçi qrupu,Kobaxidze ,Alen Berse,Todaypress.az,