Gürcüstan Hərbi Magistral yolu açıldı
Gürcüstan Hərbi Magistral yolunun Rusiya və Gürcüstanı birləşdirən hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya İdarəsi məlumat yayıb.
Qurumun açıqlamasına görə, hərəkətin bərpası nəqliyyat vasitələrinin təhlükəsiz keçidinin mümkün olması və Gürcüstan sərhəd xidmətinin tövsiyələri əsasında həyata keçirilib.
Xatırladaq ki, aprelin 11-də Gürcüstanda hava şəraitinin pisləşməsi səbəbindən Hərbi Magistral yol müvəqqəti bağlanıb.
Qeyd edək ki, Gürcüstan Hərbi Magistralı Rusiya ilə Gürcüstan və Ermənistan arasında yeganə quru əlaqəsidir. Ərazi dağlıq və təhlükəli relyefə malik olduğu üçün qış və yaz aylarında tez-tez hava şəraiti səbəbindən yol bağlanır.
Türkan İsgəndərli
tag: Gürcüstan,Rusiya,Magistral,Hərbi,todaypress.az,