Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi istefa verdi

Dünya

30.03.2025 11:15

2631

Gürcüstan Konstitusiya Məhkəməsinin hakimi Xviça Kikalişvili səlahiyyətlərinin başa çatmasına beş il qalmış vəzifəsindən istefa verib. 

TodayPress xəbər verir ki, bu barədə “TV Pirveli” məlumat yayıb.

Kikalishvili faktı təsdiqləyib, lakin istefa səbəbini açıqlamayıb: 

“Mən öz istəyimlə istefa vermişəm. Qanun məni səbəb göstərməyə məcbur etmir. Bu qərarı bu gün deyil, bir həftədən çox əvvəl vermişdim və ərizəmi təqdim etmişdim”.

Xatırladaq ki, o, 2020-ci ildə Gürcüstan Ali Məhkəməsinin plenumunun təqdimatı ilə 10 il müddətinə Konstitusiya Məhkəməsinə hakim təyin olunmuşdu. Qanuna görə, onun yerinə yeni namizədi də məhz həmin orqan – Ali Məhkəmə təqdim etməlidir.

Qiymət Mahir

tag: Gürcüstan,Məhkəmə,Hakim,Kviça Kikalişvili,İstefa,todaypress.az,