Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxdığını bəyan etdi

Dünya

04.03.2025 01:45

925

Gürcüstan dövləti  MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxdığını bəyan edib.

TodayPress  xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə Baş nazir İrakli Kobaxidze sərəncam imzalayıb.

Məlumatda bildirilib ki, Gürcüstan XİN sazişin ləğvi barədə  rəsmi qurumları məlumatlandıracaq..

Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.

 Aynur TAC

 

tag: Gürcüstan, İrakli Kobaxidze, Sərəncam, XİN, MDB, todaypress.az,