Gürcüstan nümayəndə heyətinin AŞPA-dan çıxdığını elan etdi

Dünya

03.02.2025 18:33

2688

Gürcüstan hakimiyyəti ölkənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvlərini geri çağırmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bunu respublika parlamentinin sədri Şalva Papuaşvili bildirib.

"Biz gözləyirik ki, AŞPA nə vaxtsa demokratiyaya və suverenliyə hörmət edən dəyərlərinə qayıdacaq" deyə spiker Gürcüstanın assambleyadan çıxmasını izah edib.

Yanvarın 29-da AŞPA ölkədə yeni parlament seçkilərinin keçirilməsi və etiraz aksiyası zamanı saxlanılanların azadlığa buraxılması şərti ilə Gürcüstanın təşkilatdakı nüfuzunu tanıyan qətnamə qəbul edib. Gürcüstanda etirazçılar həmçinin hökumətin qanunverici orqanında yeni səsvermənin keçirilməsini və oktyabrın 26-da keçirilən son seçkilərin nəticələrinin ləğvini tələb edirlər.

Töhfə Səməd 

tag: Gürcüstan ,AŞPA,Şalva Papuaşvili,Seçki,todaypress.az,