Gürcüstan Okruaşviliyə qarşı ittiham irəli sürdü

Dünya

07.04.2025 19:54

17

Gürcüstan Prokurorluğu Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı parlament komissiyasının iclasına gəlmədiyinə görə ittiham irəli sürüb.

TodayPress xəbər verir ki, bu barədə "Publika" nəşri məlumat yayıb.

"Gürcüstanda parlament olmadığı kimi komissiya da yoxdur" deyə o bildirib.

Qeyd olunub ki, ölkənin Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən, bu cür hərəkətə görə ya pul cəriməsi, ya da bir ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Aysel Mətləb

tag: Gürcüstan,Okruaşvili,Parlament,Cinayət,todaypress.az,