Gürcüstan rəqəmsal aktiv toplayan ilk 10 dövlət arasında yer aldı

Dünya

28.03.2025 11:25

2349

2024-cü ilin məlumatına görə, Gürcüstan 66 ədəd bitkoin alıb. Bu, təxminən 5,51 milyon dollar dəyərində rəqəmsal aktiv deməkdir. Bu nəticə ilə Gürcüstan kriptovalyuta ehtiyatı toplayan ilk 10 hökumət arasında qərarlaşıb.

TodayPress xəbər verir ki, siyahıya Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Çin və Birləşmiş Krallıq başçılıq edir. 

Ən böyük rəqəmsal aktiv ehtiyatına 420 min bitkoinlə (35 milyard dollar) BƏƏ hökuməti sahibdir.

ABŞ isə 198 109 bitkoinlə (16,52 milyard dollar) ikinci yerdədir.

Diqqətçəkən məqamlardan biri də yeni seçilmiş ABŞ prezidenti Donald Trampın bu ay imzaladığı fərmandır.

Həmin sənədə əsasən, ölkədə strateji bitkoin ehtiyatı yaradılması nəzərdə tutulur. Çinin də rəqəmsal aktiv ehtiyatı 194 min bitkoin və ya 16,2 milyard dollar civarındadır.

Qiymət Mahir

tag: Gürcüstan,Bitkoin,Kriptovalyuta,ABŞ,BƏƏ,Çin,Todaypress.az,