Gürcüstan Rusiya ilə münasibətləri bərpa etmək üçün əsas şərti açıqladı
"Abxaziya və Cənubi Osetiya məsələsi Rusiya ilə münasibətlərin bərpasına mane olur".
TodayPress xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
“Bu maneəni aradan qaldırmaq aləti Rusiyanın əlindədir. Yeganə məsələ Gürcüstan ərazilərinin işğalıdır” deyə deputat bildirib.
O əlavə edib ki, Tbilisi bu məsələdə Moskvadan addımlar görmək istəyir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bəyan edib ki, Moskva müxtəlif sahələrdə Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır.
Onun sözlərinə görə, Tbilisinin Abxaziya və Cənubi Osetiya ilə bağlı mövqeyinə baxmayaraq, Rusiya buna hazırdır.
Töhfə Səməd
tag: Gürcüstna,Rusiya,Münasibətlər,Bərpa,Şərt,Todaypress.az,