Gürcüstan xarici qrantların alınmasına məhdudiyyətlər qoyur
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası parlamentdə qrantlar haqqında qanuna dəyişiklik etməyi təklif edib.
TodayPress xəbər verir ki, bu barədə “Gürcü arzusu” fraksiyasının sədrinin birinci müavini İrakli Kirtsxaliya məlumat yayıb.
Qanuna görə, Gürcüstan vətəndaşı və ya ölkədə fəaliyyət göstərən təşkilat hökumətin əvvəlcədən razılığı olmadan belə vəsait ala bilməyəcək.
Onun sözlərinə görə, bu cür məhdudiyyətlər xarici qüvvələrin Gürcüstanda zorakılıq hərəkətləri və ya digər dağıdıcı hərəkətləri maliyyələşdirməsinin qarşısını almaq üçün tətbiq edilməlidir.
Siyasətçi əlavə edib ki, qrantların ayrılmasına Gürcüstan hökuməti yanında Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.
Əgər alıcı yerli hakimiyyət orqanlarının icazəsi olmadan xarici pul alırsa, o, qrantın ikiqat məbləğində cərimələnəcək.
Türkan İsgəndərli
tag: GÜrcüstan,Xarici,Qrant,Qadağa,Todaypress.az,