Gürcüstanda 4,0 maqnitudalı zəlzələ baş verdi
Martın 8-də Gürcüstanda 4,0 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri ölkənin şimal-şərqində, Tianeti kəndindən 31 kilometr aralıda, Ukanpşavi kəndi yaxınlığında yerləşib.
Qeyd edək ki, bundan əvvəl 2024-cü ilin dekabr ayında isə Gürcüstanın Dmanisi şəhəri yaxınlığında 4,2 bal gücündə zəlzələ qeydə alınmışdı.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib, episentrdə intensivlik 5-6 bal təşkil edib.
Nicat Osman
tag: Gürcüstan,Zəlzələ,Dərinlik,Seysmologiya,Todaypress.az,