Gürcüstanda 700 məktəbdə tədris dayandırıldı

Dünya

28.02.2025 11:47

1814

Gürcüstanda güclü qar səbəbindən 700-ə yaxın məktəbdə tədris prosesi dayandırılıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin təhsil, elm və gənclər naziri Aleksandr Tsuladze jurnalistlərə açıqlaması zamanı məlumat verib.

Təhsil naziri yaranan fəsadların aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

Qarlı hava şəraitinin martın 2-dək davam edəcəyi proqnozlaşdırılır.

Nicat Osman

tag: Gürcüstan,Qar,Fəsad,Nazir,Todaypress.az,