Gürcüstanda işıqların sönmə səbəbi məlum oldu

Dünya

19.04.2025 14:46

11

İnquri Su Elektrik Stansiyasında (SES) baş vermiş ağır qəza nəticəsində Gürcüstanda irimiqyaslı işıqların kəsilməsi baş verib. 

TodayPress xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. 

Hazırda Batumi, Tbilisi , eləcə də Gürcüstanın Acarıstan, Quriya və Sameqrelo kimi regionlarının sakinləri elektrik enerjisinin kəsilməsindən şikayətlənirlər. 

Sakinlər fasilələrlə işləyən mobil interneti bir-biri ilə paylaşmalı olurlar.

Kütləvi elektrik kəsilməsi Abxaziyaya da təsir edib, burada elektrik kəsilməsi olduqca nadirdir. 

Türkan İsgəndərli

tag: Gürcüstan,İşıq,Sönmə,Səbəb,Todaypress.az,