Gürcüstanda mitinq keçirilir
Gürcüstanın şərqindəki Dmanisi şəhərinin sakinləri erkən parlament seçkiləri tələbi ilə Tbilisiyə yürüşə başlayıblar.
TodayPress xəbər verir ki, bu barədə "News Georgia" məlumat yayıb.
Belə ki, martın 29-u səhər saatlarında təxminən iyirmi nəfər Dmanisi tərk edib.
Onlar üç gün ərzində 100 kilometr məsafə qət etməyi və martın 31-də keçmiş prezident Salome Zurabişvilinin elan etdiyi parlamentdəki aksiyaya qoşulmağı planlaşdırırlar.
Yürüş iştirakçıları yerli sakinləri mitinqə qoşulmağa çağırıblar.
Töhfə Səməd
tag: Gürcüstan,Aksiya,Dmanisi,Tbilisi,Yürüş,Todaypress.az,