Gürcüstanda qar uçqununa düşən turist həlak oldu
Gürcüstanın Sameqrelo-Zemo Svaneti regionunun Uşquli kəndində baş verən qar uçqunu nəticəsində İspaniyadan olan qadın turist həlak olub.
TodayPress xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə zamanı qadın digər üç ispan turistlə birlikdə dağlarda xizək sürürmüş.
Qrup heç bir bələdçinin müşayiəti olmadan hərəkət edib.
Yerli bələdçilərin köməyi ilə turistin cəsədi tapılıb və Kutaisi şəhərinə aparılıb.
Digər turistlər isə uçqun hadisə zamanı xəsarət almayıblar.
Qiymət Mahir
tag: GÜrcüstan,Qar uçqunu,Turist,Ölüm,Todaypress.az,