Gürcüstanda Saakaşvili dövrünün cinayətləri araşdırılacaq
Gürcüstan parlamenti 2003–2012-ci illərdə keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə törədilən cinayətlərin araşdırılması üçün xüsusi komissiya yaradıb.
TodayPress xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında məlumat verilib. Komissiyanın yaradılması ilə bağlı iclasda 83 deputat qərarın lehinə səs verib.
Bundan əvvəl “Gürcü Arzusu” partiyasının nümayəndəsi Mamuka Mdinaraadze parlamentin yaz sessiyasında hökumət tərəfindən törədilmiş sistemli cinayətlərin araşdırılması üçün komitə yaradılacağını açıqlamışdı. Onun sözlərinə görə, komissiyanın hesabatı Gürcüstan Prokurorluğuna təqdim olunacaq.
Eyni zamanda, Gürcüstan hökuməti müxalif siyasətçilərin keçmiş fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb olunmasının istisna edilmədiyini, lakin hərbi şəxslərin araşdırmalara daxil edilməyəcəyini bildirib.
Qiymət Mahir
tag: Gürcüstan,Saakaşvili,Cinayət,TodayPress.az,