Gürcüstanda yeni nazirlik yaradıldı

Dünya

16.04.2025 15:01

17

Gürcüstan parlamenti Regional İnkişaf və İnfrastruktur Nazirliyinin iki müstəqil quruma bölünməsi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.  TodayPress xəbər verir ki, sənədi 82 deputat dəstəkləyib. 

Layihəyə əsasən, nazirliyin regional inkişaf istiqaməti Regional İnkişaf Nazirliyi, infrastruktur istiqaməti isə İnfrastruktur Nazirliyinə veriləcək. 

Qeyd edək ki, Gürcüstanın regional inkişaf və infrastruktur naziri vəsifəsini 2021-ci ilin fevralından İrakli Karseladze tutub.

Nazirliyin yenidən təşkili ilə bağlı dəyişikliklərdən sonra o, infarstruktur naziri postunu tutacaq.

Regional inkişaf naziri vəzifəsinə isə bu yaxınlarda Kaxaber Quledani təyinat alıb.

tag: Gürcüstan,Yeni,Nazirlik,Qərar,Todaypress.az,