Haaqada kütləvi iğtişaş baş verdi

Dünya

02.05.2025 11:25

10

Mayın 1-də Haaqada polislə toqquşmaya çevrilən ən azı yüz nəfərin iştirak etdiyi irimiqyaslı iğtişaşlar baş verib.

TodayPress xəbər verir ki, bu barədə "Omroep West" yayım korporasiyası məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 21:00 radələrində (Bakı vaxtı ilə 23:00) Şeveningen bölgəsində əraziyə toplaşan 100-300 nəfərlik gənclər qrupu arasında dava baş verib.

İğtişaşların qarşısını almaq məqsədilə hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Qanunsuz toplaşan şəxslər hüquq-mühafizə orqanlarına qarşı müqavimət göstəriblər.

Onlar polisi daşlarla, velosipedlərlə və şüşə qırıqları ilə hücuma məruz qoyublar.

Yaranmış gərgin vəziyyət yalnız gecə yarısı nəzarət altına alınıb.

Hələ ki, iğtişaşların təşkilatçılarının saxlanılması mümkün olmayıb. Hadisə baş verən rayonda bəzi avtobus və tramvay marşrutlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Hüquq-mühafizə orqanları araşdırmanı davam etdirir və iğtişaşlara səbəb olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunacağı bildirilib.

Töhfə Səməd

tag: Haaqa,Polis,Toqquşma,İğtişaş,todaypress.az,