"Haber Global": Ermənistan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır
Avropa İttifaqı Ermənistanı silahlandırmaq
üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyənin “Haber
Global” telekanalının saytında dərc olunan “Ermənistan PUA axtarışında! Avropa
İttifaqından (Aİ) Ermənistana silah yardımı” sərlövhəli məqalədə qeyd olunub.
Bildirilib ki, Paris, Dehli və Afina Ermənistanı
silahlandıran əsas oyunçulardır:
“Hazırda İrəvana 10 milyon avro dəyərində
hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan
növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır”.
Məqalədə deyilib ki, Aİ-nin Ermənistana hərbi yardımları
onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir:
“Aİ rəsmiləri deyirlər ki, Cənubi Qafqazda
sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz edərək bu
təşəbbüsə mane olur. Aİ-nin dəstəyini hiss edən Ermənistan Azərbaycanla sülh
danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia edirlər ki, Ermənistan
yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər”.
Analitiklərin fikrincə isə Ermənistan növbəti müharibəyə
hazırlaşır.
tag: Ermənistan, Türkiyə, Azərbaycan, Aİ, Paris, Dehli,PUA, todaypress.az,