Hakan Fidan Fransaya rəsmi səfər edəcək

Dünya

01.04.2025 15:05

2161

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Fransaya rəsmi səfər edəcək.

TodayPress xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, nazir səfər çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan Noel Barrotla görüşəcək. 

Görüşdə Türkiyə ilə Fransa arasındakı ikitərəfli əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı əlaqələri, Avropa təhlükəsizliyi, Ukrayna-Rusiya müharibəsi, Qəzza və Suriya da daxil olmaqla, cari regional və beynəlxalq hadisələrin müzakirə predmeti olması gözlənilir.

tag: Türkiyə,Hakan Fİdan,Fransa,Səfər,Todaypress.az,