Hakan Fidan: “Region daha bir müharibəni qaldıra bilməz”

Dünya

05.04.2025 10:10

1113

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ prezidenti Donald Trampın İrana yönəlik təhdidlərinə cavab olaraq bildirib ki, Yaxın Şərq artıq yeni bir müharibəyə tab gətirə bilməz. 

TodayPress xəbər verir ki, bu barədə Fidan “Reuters” agentliyinə verdiyi müsahibədə danışıb.

“Bizim region daha bir müharibəni, daha bir ciddi qeyri-sabitlik mənbəyini qaldıra bilməz. Belə bir hücum halında hansı səviyyədə gərginliyin yaranacağını əvvəlcədən bilmək mümkün deyil. Bu səbəbdən, ABŞ-nin İrana qarşı hərbi addım atmasını istəmirik. Əvvəllər olduğu kimi, tərəflər və maraqlı ölkələr arasında sülh danışıqları aparılmalıdır”  deyə Fidan vurğulayıb. 

Qiymət Mahir

tag: Hakan Fidan,Türkiyə,XİN,İsrail,Todaypress.az,