Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir

Dünya

15.03.2025 02:23

2549

Türkiyə Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmək istəyir.

TodayPress xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “TV1000” telekanalına müsahibəsində deyib.

O bildirib ki, bu barədə təkliflər tərəflərə göndərilib: “Biz bütün formalarda prosesə töhfə vermək istəyirik”.

H.Fidan, həmçinin qeyd edib ki, yaxın vaxtda tərəflər arasında atəşkəsin əldə olunması və sonra bunu sülhə çevrilməsi mümkündür: “Amma mümkün sülhün davamlı olmaması ehtimalı da var”.

 

tag: Türkiyə, Hakan Fidan, XİN,Ukrayna, Rusiya, todaypress.az,