Hakan Fidan Ukrayna ilə bağlı iclasda iştirak edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 2-də Londonda Ukrayna ilə bağlı təşkil olunacaq toplantıda respublikanı təmsil edəcək və Ankaranın Rusiya ilə Ukrayna arasında danışıqlara hazır olduğunu təsdiq edəcək.
TodayPress xəbər verir ki, bu barədə "TASS"a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Tədbirdə o, Türkiyənin ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya-Ukrayna müharibəsinə son qoymağa səy göstərdiyini vurğulamaq niyyətindədir. Qarşıdan gələn danışıqlar dövrü kontekstində regionda təhlükəsizliyin, iqtisadi rifahın və sabitliyin təmin edilməsi bütün tərəflərin ümumi məqsədinə çevrilməlidir" deyə mənbə bildirib.
Qeyd edək ki, fevralın 25-də Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynadakı münaqişəni müzakirə etmək üçün bu həftəsonu Avropa liderlərinin görüşünü keçirməyi planlaşdırdığını təsdiqləyib.
Töhfə Səməd
tag: Hakan Fidan,Türkiyə,Ukrayna,London,Todaypress.az,