Hakan Fidan ukraynalı həmkarı ilə müzakirə apardı

Dünya

03.04.2025 21:50

1946

Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə ukraynalı həmkarı Andrey Sbiqa ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tərəflər NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısı çərçivəsində bir araya gəliblər.

Onların hansı məsələləri müzakirə etdikləri hələlik açıqlanmayıb.

 

tag: Türkiyə, XİN, Hakan Fidan,Ukrayna, Andrey Sbiqa, todaypress.az,