HAMAS girovların ikinci qrupunun siyahısını İsrailə verəcək

Dünya

23.01.2025 23:23

1878

Fələstinin HAMAS hərəkatı yanvarın 25-də azad etməyi planlaşdırdığı girovların siyahısını sabah İsrailə təhvil verəcək.


TodayPress xəbər verir ki, bunu HAMAS-ın İordan çayının qərb sahilindəki bölməsinin rəhbəri Zaher Cabarin açıqlayıb.


Onun sözlərinə görə, tərəflər arasında baş tutan razılaşma İsrail tərəfinin bəzi pozuntularına baxmayaraq həyata keçirilir.


Zaher Cabarin onu da bildirib ki, Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün danışıqlar iki həftədən sonra başlayacaq.


Qeyd edək ki, məlumat HAMAS-ın "Telegram" kanalında verilib.

 

tag: HƏMAS, Fələstin, Qəzza, Əsir, Girov, İsrail,