Haqqaninin başına qoyulan pul mükafatı ləğv edildi

Dünya

23.03.2025 10:00

2238

Birləşmiş Ştatlar Əfqanıstanın daxili işlər naziri Siracuddin Haqqaninin olduğu yerlə bağlı məlumat verəcək şəxsə 10 milyon dollarlıq mükafatın verilməsini ləğv edib.

TodayPress xəbər verir ki, bu barədə "Ariana News" məlumat yayıb.

“Daxili işlər naziri vəzifəsini icra edən Haqqaniyə yaxın mənbələr jurnalistlərə bildiriblər ki, ABŞ hökuməti İslam Əmirliyində bir neçə məmura verilən mükafatları ləğv edib. Artıq siyahıda olmayanlar arasında Siracuddin Haqqani də var. Onun qohumları Əbdüləziz Haqqani və Yəhya Haqqaninin də adları Amerikanın qara siyahısından çıxarılıb".

Xatırladaq ki, "Haqqani şəbəkəsi"nin üzvləri Əfqanıstanda Amerika qoşunlarına və NATO koalisiya qüvvələrinə qarşı transsərhəd hücumları əlaqələndirmək və iştirak etmək üçün Birləşmiş Ştatlar tərəfindən axtarışa verilmişdi.

Töhfə Səməd

tag: ABŞ,Əfqanıstan,Siracuddin Haqqani,NATO ,todaypress.az,