Harri: “Mənə qarşı sui-qəsd hazırlanmışdı”
Britaniya kralı III Karlın kiçik oğlu, Sasseks hersoqu şəhzadə Harri ona qarşı sui-qəsd planlaşdırıldığını iddia edib.
TodayPress “BBC” və “The Daily Beast” nəşrlərinə istinadla xəbər verir ki, Harri bu barədə verdiyi müsahibədə anası şahzadə Diananın ölümünün təsadüfi olmadığını və onun taleyini yaşamaqdan qorxduğunu bildirib.
“Hazırda təfərrüatları açıqlamaq fikrində deyiləm. Amma bu planda iştirak edən bütün şəxslərin adlarını bilirəm” deyə Harri vurğulayıb.
Sasseks hersoqu həmçinin Britaniya kral ailəsini digər ölkələrin rəhbərləri ilə əlbir olaraq onu təhlükəyə atmaqda ittiham edib:
“Düşünürdüm ki, bütün bu qarşıdurmalar və xaos fonunda mənim tək güvən yerim ailəm olacaq. Amma onlar təkcə mühafizəni məndən almadılar, həm də bütün dünyaya bizi qorumaq lazım olmadığını bildirdilər”.
Qiymət Mahir
tag: Şəhzadə,Harri,Britaniya,Sasseks,todaypress.az,