Harri ukraynalı hərbçilərlə görüşdü
Britaniya kral ailəsinin üzvü, şəhzadə Harri Ukraynanın Lvov şəhərində yerləşən “Superhumans” reabilitasiya mərkəzini ziyarət edib.
TodayPress xəbər verir ki, bu barədə “BBC” telekanalı məlumat yayıb.
Ziyarət barədə məlumat yalnız Harri ölkəni tərk etdikdən sonra ictimailəşdirilib.
Hersoq mərkəzə 2014-cü ildə onun təşəbbüsü ilə yaradılmış “Invictus Games” yarışlarında iştirak edən dörd müharibə veteranı ilə birlikdə baş çəkib.
Lvovdakı “Superhumans” mərkəzi Ukraynada müharibədə yaralanmış şəxslərə psixoloji yardım, bərpaedici əməliyyatlar və protezdəstəkli reabilitasiya xidmətlərini ödənişsiz təqdim edir.
Qeyd edək ki, şəhzadə Harri özü də 10 il müddətində Britaniya ordusunda xidmət edib.
Qiymət Mahir
tag: Britaniya,Harri,Ukrayna,Görüş,Todaypress.az,