HƏMAS ABŞ girovlarını azad etməyə hazırlaşır
Fələstinin HƏMAS hərəkatı vasitəçilərə bildirib ki, ABŞ vətəndaşlığı olan girovu azad etməyə və ikili vətəndaşlığı olan 4 ölü əsirin cəsədini təhvil verməyə hazırdır.
TodayPress xəbər verir ki, müvafiq bəyanat HƏMAS-ın "Telegram" kanalında dərc olunub.
"Bu səhər HƏMAS vasitəçilərə martın 13-də irəli sürülən təkliflərə öz cavabını verib. Biz də Amerika vətəndaşlığı olan İsrail əsgəri Edan Aleksandrı azad etməyə və ikili vətəndaşlığı olan 4 ölü girovun cəsədini təhvil verməyə razıyıq" bəyanatda deyilir.
Töhfə Səməd
tag: HƏMAS,ABŞ,Girov,Azad etmə,Todaypress.az,