HƏMAS altı israilli girovu azad etdi
Fələstinin HƏMAS hərəkatı fevralın 22-də Qəzzada atəşkəs şərtlərinə uyğun olaraq altı israilli girovu azad edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.
İlk azad edilənlər Tal Şoham və Avera Mengistu olub. Daha sonra Ömər Venkert, Ömər Şem Tov və Eliya Koen Qırmızı Xaç Cəmiyyətinə təhvil verilib. Hişam Əl-Sayedin isə gün ərzində azad ediləcəyi gözlənilir.
İsrail bunun müqabilində təxminən 600 fələstinlini azad edəcək.
Nicat Osman
tag: HƏMAS, İsrail,Saziş ,Tarix ,todaypress.az,