HƏMAS atəşkəs təklifini rədd etdi
HƏMAS İsrailin atəşkəslə bağlı təklifini rədd edib.
TodayPress xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, HƏMAS atəşkəs qarşılığında müharibənin tam dayandırılması və fələstinli məhbusların azad edilməsini tələb edib.
Qeyd edək ki, İsrail tərəfi 10 girovun azad edilməsi müqabilində HƏMAS-a 45 günlük atəşkəslə bağlı təklif irəli sürüb.
Türkan İsgəndərli
tag: İsrail,Qəzza,HƏMAS,Atəşkəs,Rədd,Todaypress.az,