HƏMAS azad ediləcək 3 girovun adını açıqladı
HƏMAS İsraillə razılaşma çərçivəsində fevralın 15-də azad edilməsi planlaşdırılan 3 israilli girovun adını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb. Bildirilib ki, Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Horn adlı girovlar sabah azad ediləcək. Qeyd edək ki, Sagi Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika-İsrail vətəndaşıdır. Aleksandr Trupanov isə rus əsillidir. Nicat Osman
tag: HƏMAS,İsrail,Saziş,Girov,Todaypress.az,