HƏMAS dörd girovun cəsədini İsrailə təhvil verdi

Dünya

27.02.2025 18:30

820

Fələstinin HƏMAS hərəkatı , Qəzza zolağında atəşkəsin ilk mərhələsinin sona çatmasına bir neçə gün qalmış yüzlərlə fələstinli məhbusun azad edilməsi müqabilində dörd girovun cəsədini Qızıl Xaç Beynəlxalq Komitəsinə təhvil verib.   

TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.

İsrailin təhlükəsizlik rəsmiləri cəsədlərin şəxsiyyətlərinin müəyyən edilməsi prosesinin başladığını təsdiqləyib. 

Eyni zamanda, digər məhbusları daşıyan avtobuslar Qəzzanın Xan Yunis şəhərinə çatıb. 

Qeyd edək ki, İsrail, HƏMAS-ın girovlarla pis rəftar etdiyini iddia edərək fevralın 22-dən məhbusların azad edilməsini təxirə salıb. 

HƏMAS isə bunu atəşkəsin pozulması kimi qiymətləndirib və fələstinlilər azad olunmadan ikinci mərhələ üzrə danışıqların mümkün olmayacağını bildirib. 

Nicat Osman

tag: İsrail, HƏMAS, Qruplaşma ,Günahlandırma ,todaypress.az,