HƏMAS dörd girovun meyitini İsrailə təhvil verəcək
Fələstinin HƏMAS hərəkatı dörd ölü girovun
meyitini bu gün baş tutması gözlənilən mübadilədə İsrail tərəfinə təhvil
verəcəyini təsdiqləyib.
TodayPress xəbər verir ki, müvafiq bəyanatı hərəkatın
hərbi qanadı – “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun rəsmi nümayəndəsi Əbu
Ubeydə özünün rəsmi teleqram kanalında yayıb.
“İsraillə razılaşmanın bir hissəsi olaraq qərara gəldik
ki, axşam Ohad Yaalomi (həm də Fransa vətəndaşlığına malikdir), İshak Alqart,
Şlomo Mansur və Tsaxi İdanın meyitlərini qarşı tərəfə təhvil verək” o yazıb.
tag: HƏMAS, Fələstin, Girov, İsrail, Nümayəndə, todaypress.az,