HƏMAS əsirliyindəki israilli girov öldü - FOTO
HƏMAS tərəfindən əsir götürülərək Qəzza zolağına aparılan israilli girovlardan biri 86 yaşında əsirlikdə vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail televiziyası rəsmilərə istinadən məlumat yayıb.
Bildirilib ki, fevralın 11-də Şlomo Mansur adlı 86 yaşlı İsrail sakininin əsirlikdə olarkən öldüyü xəbəri gəlib. O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumları zamanı evindən qaçırılıb.
Qeyd olunur ki, Mansur İsrail-HƏMAS arasında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində azad edilməli idi. Tərəflər ötən gün bir-birini razılaşmaları pozmaqda ittiham ediblər.
Aysel Mətləb
tag: HƏMAS ,Qəzza ,Girov,İsrail,todaypress.az,
