HƏMAS girovların azad edilməsini təxirə saldı

Dünya

11.02.2025 00:22

1878

Fələstinin HƏMAS hərəkatı fevralın 15-nə planlaşdırılan daha bir girov qrupunun azad edilməsini təxirə salmaq qərarına gəlib.

 

TodayPress xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı hərəkatın bəyanatına istinadla məlumat yayıb.

 

Qeyd edilib ki, bu qərar İsrail tərəfindən atəşkəs razılaşmasının pozulmasına görə verilib.

 

Bundan əvvəl Qəzza zolağında üç israilli girov azad edilib.

 

tag: HƏMAS, Fələstin, Girov, İsrail, Qəzza, todaypress.az,