HƏMAS girovların yarısını döyüş bölgəsində saxlayır
Fələstinin HƏMAS hərəkatı hazırda müharibə zonası olan
ərazilərdə israilli girovların yarısını sağ saxlayır.
TodayPress xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi
qanadı olan "İzzəddin əl-Qəssam" briqadaları qruplaşmasının
nümayəndəsi Əbu Ubeyd "Telegram" kanalında məlumat yayıb.
"Həyatda olan girovların yarısı İsrail
hərbçilərinin bu yaxınlarda təxliyə edilməsini tələb etdiyi ərazilərdədir. Biz
onları təhlükəsiz yerlərə köçürməmək qərarına gəldik, onları indi olduqları
yerdə, güclü mühafizə altında saxlamağa qərar verdik. Lakin onların həyatları
hələ də böyük təhlükə altındadır" paylaşımda qeyd olunur.
tag: HƏMAS, Fəsəstin, Girov, İsrail, Zona, todaypress.az,