HƏMAS-ın 5 yüksək rütbəli rəsmisi öldürüldü
İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində HƏMAS-ın 5 yüksək rütbəli rəsmisi öldürülüb.
TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.
Məlumata görə, ölənlər arasında HƏMAS-ın Daxili İşlər Nazirliyinin baş direktoru Mahmud Əbu Vətfa və HƏMAS-ın siyasi bürosunun dörd digər üzvü var.
Qeyd edək ki, martın 17-də İsrail ordusu Qəzza zolağına genişmiqyaslı hava hücumlarına başlayıb.
İsrail hökuməti bu addımı HƏMAS-ın hələ də Qəzzada saxladığı girovları azad etməkdən imtina etməsinə cavab olaraq atdığını bildirib.
Hava hücumları nəticəsində indiyədək 300-dən çox insan həlak olub.
tag: İsrail,HƏMAS,Zərbə,Rəsmi,Ölüm,Todaypress.az,