HƏMAS-ın Baş naziri öldürüldü

Dünya

18.03.2025 12:54

1516

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatının Baş naziri İssam əd-Dalisi öldürüb. 

TodayPress xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb. 

Məlumata görə, İsrailin bombardmanı nəticəsində Qəzzadakı HƏMAS hökumətindəki Daxili İşlər Nazirliyinin rəis müavini Mahmud Əbu Vətfa da ölüb. 

Qeyd edək ki, martın 18-nə keçən gecə İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.   

Türkan İsgəndərli

tag: HƏMAS,Baş nazir,İSrail,Ölüm,Todaypress.az,