HƏMAS-ın büdcəsi azaldı
Fələstinin HƏMAS hərəkatı ciddi maliyyə çətinlikləri ilə qarşılaşıb.
TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilir ki, HƏMAS piyada döyüşçülərə, sahə komandirlərinə və Qəzza anklavının idarə olunmasında iştirak edən məmurlara edilən ödənişləri azaltmağa məcbur olub.
Qeyd edək ki, müharibədən əvvəl HƏMAS təxminən 500 milyon dollar vəsait toplaya bilib.
2023-cü ilin sonunda silahlı münaqişənin başlanmasından sonra maliyyə axını kəskin şəkildə azalıb.
İsrail keçidləri bağladığı üçün Qəzzaya vəsait ötürmək xeyli çətinləşib.
Türkan İsgəndərli
tag: HƏMAS,İsrail,Büdcə,Azalma,Todaypress.az,