HƏMAS: İsrail qoşunlarını Filadelfiya dəhlizindən çıxarmadı
İsrail müəyyən edilmiş müddətdə Misir və
Qəzza zolağını ayıran Filadelfiya dəhlizindən öz silahlı qüvvələrini çıxarmayıb
və bununla da anklavda atəşkəs ilə bağlı razılaşmanı pozub.
TodayPress xəbər verir ki, bu barədə Fələstinin HƏMAS
hərəkatının teleqram kanalında müvafiq bəyanat dərc olunub.
“İsrail atəşkəsin birinci mərhələsində Salah əd Din
oxundakı (Filadelfiya dəhlizi) qüvvələrini tədricən azaltmaq öhdəliyini yerinə
yetirmədi və qırx ikinci gündə qoşunlarını oradan çıxarmağa başlamadı” bəyanatda vurğulanır.
HƏMAS-dan vurğulanıb ki, razılaşmaya əsasən, İsrail
qüvvələrinin Filadelfiya dəhlizindən çıxarılması razılaşmanın əllinci gününə,
yəni martın 10-na kimi başa çatdırılmalı idi.
“Vasitəçiləri və beynəlxalq ictimaiyyəti işğalçının geri
çəkilməsini və gecikmədən ikinci mərhələdə danışıqların bərpasını təmin etmək
üçün vəziyyətə dərhal müdaxilə etməyə çağırırıq” hərəkatdan qeyd edilib.
tag: HƏMAS, İsrail, Bəyannamə, Qəzza, Misir, todaypress.az,