HƏMAS İsrailə naməlum cəsəd təhvil verdi
İsrailin rəsmi qurumları Fələstinin HƏMAS hərəkatı tərəfindən təhvil verilən cəsədlərin kimliyini müəyyənləşdirmək üçün ekspertiza keçirib. Ekspertiza nəticəsində məlum olub ki, HƏMAS qarşı tərəfə Şiri Bibasın qalıqları əvəzinə naməlum bir cəsəd təqdim edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələri (İDF) məlumat yayıb.
Məlumata görə, ekspertizanın nəticələri cəsədin nə Şiri Bibasa, nə də digər girovlardan birinə aid olmadığını göstərib.
Qeyd edək ki, müqavilə çərçivəsində HƏMAS Şiri Bibas və onun iki azyaşlı oğlu – Ariel və Kfirin cəsədlərini İsrailə qaytarmalı idi.
Mütəxəssislər uşaqların cəsədlərinin tanındığını bildirib.
Nicat Osman
tag: HƏMAS,İsrail, Fələstin,Şiri Bibas,Todaypress.az,