HƏMAS İsraillə yenidən razılığa hazırdır

Dünya

15.04.2025 11:18

18

HƏMAS atəşkəs təklifi aldığını və onu nəzərdən keçirdiyini təsdiqləyib.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

“HƏMAS rəhbərliyi vasitəçilər tərəfindən verilən təklifi nəzərdən keçirir və bütün lazımi məsləhətləşmələr başa çatdıqdan sonra ona tezliklə cavab verəcək” deyə bəyanatda bildirilib.

Misirin “Əl-Əxbariyyə” telekanalı aprelin 14-ü səhər saatlarında Qahirənin Qəzza zolağında hərbi əməliyyatları müvəqqəti dayandırmaq və davamlı atəşkəs üzrə danışıqlara başlamaq təklifini HƏMAS-a təhvil verdiyini bildirib.

HƏMAS-a bağlı “Maan” agentliyi aprelin 14-ü bildirib ki, yenilənmiş razılaşmanın bir hissəsi olaraq rəsmi Təl-Əviv İsrail əsilli Amerika vətəndaşı Edan Aleksandr da daxil olmaqla on girovun azad edilməsi müqabilində anklavda atəşkəs rejimini bərpa etməyi təklif edib. İsrailin təşəbbüsü ilə o, 45 günlük atəşkəs dövründə martın ortalarında başlayan əməliyyat zamanı Qəzza zolağının ələ keçirdiyi ərazilərindən qoşunlarını çıxaracaq. Bundan başqa, o, Qəzza ilə sərhəddə anklava humanitar yardımların çatdırılmasını təmin etmək üçün bir neçə keçid məntəqəsini açacaq.

Agentlik vasitəçi qismində çıxış edən Misir rəsmisinə istinadən bildirir ki, əgər razılıq əldə olunarsa, HƏMAS 11 canlı girovu azad edə və 16 ölən girovun cəsədini təhvil verə bilər. Rəsminin sözlərinə görə, bu, iyun ayının əvvəlinə təsadüf edən müsəlmanların Qurban bayramının sonuna qədər anklavda vəziyyəti nəzarətdə saxlamaq üçün atəşkəs müddəti 70 günə qədər uzadılsa, mümkün olacaq. Üstəlik, uzadılmış atəşkəs müddəti HƏMAS-İsrail arasında daimi atəşkəs və İsrail qoşunlarının Qəzzadan çıxarılmasına dair razılaşmanın üçüncü mərhələsi üzrə dolayı danışıqlara vaxt verəcək.

Töhfə Səməd

tag: HƏMAS,İsrail,Fələstin,Qəzza ,Girov,todaypress.az,