HƏMAS növbəti girov qrupunun azad ediləcəyi tarixi açıqladı

Dünya

18.02.2025 18:43

2045

HƏMAS hərəkatı girov götürdüyü 4 nəfərin cəsədini fevralın 20-də İsrailə təhvil verəcək. Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsində azad edilməsi planlaşdırılan 6 nəfərin cəsədi isə fevralın 22-də qarşı tərəvə veriləcək. 

TodayPress xəbər verir ki, bu bəyanatla HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Heya çıxış edib.

"HƏMAS Bibas ailəsi də daxil olmaqla dörd girovun cəsədini təhvil verməyə qərar verib. Bunun müqabilində biz İsrailin müqavilədə qeyd edildiyi kimi məhbuslarımızı azad edəcəyini gözləyirik" deyə o bildirib. 

Töhfə Səməd

tag: HƏMAS ,Qəzza,Xəlil əl-Heya ,Girov,Azadlıq,todaypress.az,