HƏMAS Qəzza danışıqlarının yeni mərhələsini elan etdi
HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs danışıqlarının yeni mərhələsinin başlandığını elan edib və diplomatik prosesdə irəliləyişin olacağına ümid etdiyini bildirib.
TodayPress xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Abdurrahman əş-Şədidin bəyanatında deyilir.
"Bu gün atəşkəslə bağlı
danışıqların yeni mərhələsi başladı və HƏMAS onlara tam məsuliyyətlə yanaşacaq.
Ümid edirik ki, bu məsləhətləşmələr sazişin ikinci mərhələsi üzrə tamhüquqlu
danışıqlara başlamaq məsələsində mühüm irəliləyişə səbəb olacaq" bəyanatda
deyilir.
tag: HƏMAS, Razılıq, Qəzza,İsrail, todaypress.az,