HƏMAS: “Qəzza razılaşmasının davam etdirilməsi İsraildən asılıdır”

Dünya

11.02.2025 20:13

2906

“Qəzza zolağında atəşkəs razılaşmasının davam etdirilməsi və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi tamamilə İsrailin hərəkətlərindən asılıdır”. 

TodayPress xəbər verir ki, bunu HƏMAS hərəkatının Qətərdəki siyasi bürosunun yüksək rütbəli üzvü Hussam Badran “TASS”a bildirib.

"Müqavilə bütün müddəaları və təfərrüatları ilə aydındır. Lakin İsrailin baş naziri Benyamin Netanyahu müqavilədə qeyd olunan şərtlərdən yayınmağa çalışır” o,deyib. 

Xatırladaq ki, hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubaida bəyan edib ki, HƏMAS Fevralın 15-də vətənə dönməli olan Qəzza zolağında saxlanılan yeni girovlar qrupunun azad edilməsini İsrailin atəşkəs razılaşmasını pozması səbəbindən təxirə salıb. HƏMAS hesab edir ki, İsrail anklavın cənubundan şimalına köçən şəxslərin geri qayıtmasını və humanitar yardımı gecikdirməklə razılaşmanın şərtlərini pozub. Eyni zamanda, Əbu Ubeydə vurğulayıb ki, HƏMAS saziş üzrə öhdəliklərini tam yerinə yetirib və qarşı tərəf onlara əməl etdiyi müddətcə müqavilənin şərtlərinə sadiqdirlər.

Aysel Mətləb

tag: Qəzza ,İsrail,Hussam Badran,Benyamin Netanyahu,todaypress.az,