HƏMAS: Qəzzada atəşkəs pozula bilər
Qəzza zolağında İsrail və HƏMAS arasında
atəşkəs razılaşması pozulmaq təhlükəsi ilə üz-üzədir.
TodayPress-in TASS-a istinadən verdiyi məlumata görə,
bunu Fələstin hərəkatının Siyasi Bürosunun üzvü Basem Naim deyib.
Məlumata görə, sövdələşmə təhlükə altındadır.
Qeyd olunur ki, tərəflər hələ fevralın 3-də başlamalı
olan Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı sazişin icrasının
ikinci mərhələsi üzrə danışıqlara başlamayıblar.
Xatırladaq ki, Qəzza zolağında atəşkəs yanvarın 19-da
qüvvəyə minib.
tag: HƏMAS, İsrail, Müharibə, Sülh, Atəşkəs, todaypress.az,