HƏMAS Ramazan bayramında girovları azad edəcək

Dünya

29.03.2025 09:55

1897

Fələstinin HƏMAS hərəkatı Fitr bayramı günlərində Qəzza zolağında atəşkəsi təmin etmək üçün bir neçə girovu azad edə bilər.   

TodayPress xəbər verir ki, bu barədə İsrailin Kan televiziya və radio şirkəti məlumat yayıb. 

Bildirilib ki, HƏMAS Fitr bayramı zamanı atəşkəs müqabilində İsrail əsgəri və Amerika vətəndaşı İdan Aleksandr da daxil olmaqla bir neçə girovu azad etməyə hazırdır. 

Məlumata görə, fələstinlilərin bu həftə Qəzza zolağında HƏMAS hakimiyyətinə qarşı təşkil etdikləri etirazları yatırmaq üçün radikallara bir neçə günlük atəşkəs lazımdır. 

Qeyd edək ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edib. 

Türkan İsgəndərli

tag: HƏMAS,İsrail,Girov,Atəşkəs,Todaypress.az,