HƏMAS: Vasitəçilərlə danışıqlar davam edir
HƏMAS atəşkəs razılaşmasına nail olmaq üçün vasitəçilərlə danışıqları davam etdirdiyini açıqlayıb.
TodayPress xəbər verir ki, bunu hərəkatın sözçüsü Əbdül Lətif əl-Qanu mətbuata açıqlamasında deyib.
O, HƏMAS-ın müharibəni dayandırmaq və İsrail qüvvələrinin Qəzza zolağından çıxarılmasını təmin etmək öhdəliyini təsdiqləyib.
Həmçinin xəbərdarlıq edib ki, Qəzzada davam edən blokada və pisləşən humanitar böhran Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının təcili müdaxiləsini tələb edir.
“Qəzzanın blokadası, əhalisinin aclığı və davam edən müharibə növbəti fəlakətin qarşısını almaq və blokadanı aradan qaldırmaq üçün təcili müdaxilə tələb edir” deyə HƏMAS-ın sözçüsü bildirib.
Aysel Mətləb
tag: İsrail,HƏMAS,Qəzza,Vasitəçi,Danışıqlar,Todaypress.az,